Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vakansiya elan edir
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi İqtisadi təhlil, risklərin idarə edilməsi və partnyorlarla iş şöbəsinin mütəxəssisi, Ümumi işlər və insan resurslarının idarə edilməsi sektorunun aparıcı mütəxəssis - hüquqşünası və Maliyyə,uçot və təsərrüfat sektorunun sektor müdiri - baş mühasibi vəzifələri üzrə vakansiya elan edir:
İqtisadi təhlil, risklərin idarə edilməsi və partnyorlarla iş şöbəsinin mütəxəssisinin əsas öhdəlikləri:
- Kredit riskinin müəyyənləşdirilməsi,
- Kreditlər üzrə dosyelərin qiymətləndirilməsi, rəylər verilməsi, risklərin nəzarətdə saxlanması və zəruri hallarda monitorinqlərin həyata keçirilməsində iştirak.
Namizədə dair tələblər:
- İqtisadiyyat,audit,maliyyə sahəsində ali təhsil;
-2 ildən artıq bank və ya digər maliyyə institutlarında təcrübə;
-Azərbaycan dilində səlis, ingilis dili arzuolunandır;
-Kollektivlə işləmə bacarığı və ünsiyyət qabiliyyəti;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
-Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
-İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, məsuliyyətli olmalı;
-MS Office proqramlarında işləmək bacarığı;
-Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
Ümumi işlər və insan resurslarının idarə edilməsi sektorunun aparıcı mütəxəssis- hüquqşünasının əsas öhdəlikləri:
- Məhkəmədə və digər orqanlarda Fondun adından çıxış etmək;
-Qanunvericilik bazasının formalaşdırılması, təkmilləşdirilməsi və yenilənməsi ;
-Fondun daxilində hazırlanan əmr, təlimat, prosedurlar, əsasnamələr, və digər normativ xarakterli sənədlərin layihələrinin ekspertizasının həyata keçirmək və bu layihələrin hazırlanmasında iştirak etmək.
Namizədə dair tələblər:
- Hüquqşunasliq və Beynalxalq hüquq ixtisasi üzrə ali təhsil;
- İxtisası üzrə azı 3 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarığı;
- Kompüter bilikləri;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Maliyyə,uçot və təsərrüfat sektorunun sektor müdiri - baş mühasibinın əsas öhdəlikləri:
- Aylıq, rüblük və illik idarəetmə hesabatlarının hazırlanması və əvvəlki dövrlərin hesabatlarına nəzərən müqayisəli təhlilin aparılması;
-Uçotun BMUS/BMHS tələblərinə uyğun olaraq qurulması və aparılmasına nəzarət;
-İllik BMHS-ə uyğun hesabatların və açıqlamaların hazırlanması;
-İllik büdcə və maliyyə proqnoz modelinin hazırlanması, faktiki və büdcə rəqəmlərinin müqayisəli təhlili və kənaraçıxmalar üzrə hesabatın təqdim edilməsi.
Namizədə dair tələblər:
- Maliyyə-mühasibat uçotu və audit üzrə ali təhsil;
-Peşəkar mühasib sertifikatı (PMS) olması vacibdir;
-Mühasibatlıq sahəsi üzrə azı 3 il iş təcrübəsi;
-Analitik, təşkilatçılıq və problem həll etmə bacarığı.
-İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
-Azərbaycan dilində səlis, ingilis dili üstünlükdür;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
-MS Office proqramlarında işləmək bacarığı.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV-lərini aşağıdakı ünvanlara təqdim edə bilərlər.
TEL: (036)-545-39-65
E-posta: sifnaxcivan@hatmail.com
Ünvan: H.Əliyev prospekti 6
Son müraciət tarixi:10.06.2024