30 dekabr 2024,

Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilir

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilir. İnzibati vəzifələr üzrə 5 vəzifə müsahibəyə çıxarılıb.

Müsahibədə iştirak etmək istəyən namizədlər Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir. Sənəd qəbulu 27 dekabr 2023-cü il tarixinədək davam edəcək.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifənin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.