Bu il Naxçıvanda sahibkarlara 4 milyon manatdan artıq güzəştli kredit verilib
Sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, maliyyə zəmanəti və digər iqtisadi dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsi Təfsilatlı Tədbirlər Planında öz əksini tapıb. Həmçinin Tədbirlər Planının alt bəndində görüləcək işlər sırasında Naxçıvana güzəştli kreditlərin verilməsi ilə bağlı məqsədli limitin ayrılması nəzərdə tutulub.
Bəhs olunan dövr ərzində Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondun tərəfindən 26 layihəyə 4.397.000 manat kredit ayrılıb.