03 oktyabr 2024,

Heyvandarlığın inkişafı üçün güzəştli kredit ayrılıb

2024-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu kiçik və orta biznesin inkişafına dəstək tədbirlərini davam etdirib.

Sahibkarlar İftixar Məmmədov və Mütəlim Yaqubov heyvandarlığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 59 min manat güzəştli kredit əldə edib. Layihə Şərur və Culfa rayonlarında icra olunacaq.