İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəsi ilə görüş keçirilib
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri xanım Natali Mouravidze ilə görüşüb.
Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edərək müvafiq istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Görüşə “AccessBank”-ın İdarə Heyəti Sədrinin müavinləri İlkin Quliyev və Renat Hümbətov qatılıblar.