22 dekabr 2024,

İtaliyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, iqtisadi-ticarət əməkdaşlığının dinamik surətdə inkişaf etməsindən məmnunluq ifadə olunub. Azərbaycan ilə İtaliya arasında əlaqələrin xüsusilə enerji sahəsindən başlandığı, sonra müxtəlif sahələri, o cümlədən informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kənd-təsərrüfatı, “yaşıl” enerji və digər sahələri əhatə etdiyi bildirilib.

Tərəflər ölkələrimizin səmərəli əməkdaşlığının gücləndirilməsi üçün birgə təşəbbüslərin dəstəklənməsinin vacibliyini, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində əməkdaşlıq potensialını vurğulayıblar.

Orta Dəhlizin inkişafı və bu çərçivədə əməkdaşlığın perspektivləri müzakirə olunub.