22 dekabr 2024,

Naxçıvan məhsullarının ixrac coğrafiyası genişlənir

Yerli fermerlərin səyi nəticəsində Naxçıvanın kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası genişlənir. Belə ki, 2023-cü ilin dekabr ayında 75 ton soğan məhsulu İraq Respublikasına ixrac edilib.

2024-cü ilin yanvar ayında isə 225 ton soğan məhsulu İraq Respublikasına və Birləşmiş Ərəb Əmirliyinə ixrac olunub. Bu da  ötən ilin dekabr ayı ilə müqayisədə  3 dəfə çoxdur.