02 yanvar 2025,

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş sərgi hazırlanıb

M.S.Ordubadi adına  Naxçıvan Muxtar Respublika Kitabxanası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində “Naxçıvan Qədim Azərbaycan  diyarı” adlı kitab sərgisi təşkil edib.  Nazirliyin əməkdaşları Naxçıvanın tarixi, etnoqrafiyası, həmçinin iqtisadi mövzuda kitabların nümayiş olunduğu sərgi ilə tanış olublar. 

Kitabxananın əməkdaşları sərgi haqqında ümumi məlumat verərək qeyd ediblər ki, ümumilikdə  kitabxananın fondunda 190 mindən çox çap məhsulu mövcudur.