Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ən çox izlənən saytlar siyahısındadır
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “gov.az” zonasına köçürülən dövlət orqanlarının və digər qurumların internet informasiya resurslarının analitikasını aparıb.
Analitikanın nəticəsinə əsasən son 15 gündə veb-saytlara unikal ziyarətçilərin, baxılan səhifələrin, yeni istifadəçilərin sayı və veb-saytlarda keçirilən vaxtı üzrə Top10 hazırlanıb. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ən çox izlənən saytlar siyahısında yer alıb.