30 dekabr 2024,

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin kollektivi şəhid məzarlarını ziyarət edib

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötür.  44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. 

Anım Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq onların  məzarlarını ziyarət edib, məzarları önünə gül dəstələri qoyublar.