22 dekabr 2024,

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının sayını artırıb

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu iki yeni bankla əməkdaşlığa başlayıb. Müvəkkil bankların siyahısına Azər Türk Bank ASC və Bank Respublika ASC əlavə olunub, onların sayı 3-dən 5-ə çatıb.

Qeyd edək ki, hazırda Sahibkarlığın İnkişafı Fondu Naxçıvanda fəaliyyət göstərən 5 bank və 1 bank olmayan kredit təşkilatı ilə sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyə dəstəyindən istifadə etməsi üçün əməkdaşlıq edir.