18 oktyabr 2024,

Naxçıvan Universitetinin tələbələri müasir istehsal texnologiyaları ilə tanış olublar

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Universitetinin İqtisadiyyat fakultəsində təhsil alan tələbələr “Ləzzət biskvit və şokolad fabriki” və “ENNA” Məhdud Məsuliyyətli Cəmiyyətlərində istehsal prosesi ilə tanış olublar.

Tanışlıq zamanı tələbələrə mütəxəssislər tərəfindən müəssisələrin yaranma tarixi, keçdiyi inkişaf yolu, o cümlədən müəssisədə gedən ümumi iş prosesinin mahiyyəti izah olunub, xammaldan hazır məhsul buraxılışınadək bütün istehsal mərhələləri haqqında ətraflı məlumat verilib. 

Sonda tələbələrin istehsal prosesi ilə bağlı sualları cavablandırılıb.