21 dekabr 2024,

Naxçıvanda 2025-ci ildə ÜDM-in 3,9 faiz artımı proqnozlaşdırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclasında Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov iqtisadi aktivlik göstəriciləri, 2024-cü ilin büdcəsinin gəlirlərinin icra vəziyyəti və 2025-ci ilin proqnoz göstəriciləri barədə məlumat verib.

Abbas İsmayılov bildirib ki, 2025-ci il üzrə Ümumi Daxili Məhsul 1,5 milyard manat proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin  proqnoz göstəricisi ilə müqayisədə 3,9 faiz çoxdur.

Nazir müavini əlavə edib ki, 2025-ci ildə ÜDM-nin strukturunda bütün sahələrdə artım nəzərdə tutulub. Sənaye məhsulu üzrə 3,7 faiz, kənd təsərrüfatı məhsulu üzrə 2,5 faiz, əsas kapitala yönəldilmiş vəsaitlərin strukturunda tikinti-quraşdırma işləri üzrə 10,5 faiz artım proqnozlaşdırılıb.

Naxçıvanda hərracdan bələdiyyələrin gəlirləri 2,1 dəfə artıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclasında Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov iqtisadi aktivlik göstəriciləri, 2024-cü ilin büdcəsinin gəlirlərinin icra vəziyyəti və 2025-ci ilin proqnoz göstəriciləri barədə məlumat verib.   

Abbas İsmayılov bildirib ki, 2024-cü ilin 11 ayı ərzində keçirilən hərrac və müsabiqələrdən muxtar respublika büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 dəfə artaraq 1371,8 min manat, bələdiyyələr üzrə daxil olmalar isə 2,1 dəfə artaraq 409,7 min manat olub.

Naxçıvanda keçirilən hərrac və

müsabiqələrdən daxilolmalar 12,2 dəfə artıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclasında Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov iqtisadi aktivlik göstəriciləri, 2024-cü ilin büdcəsinin gəlirlərinin icra vəziyyəti və 2025-ci ilin proqnoz göstəriciləri barədə məlumat verib.  

Abbas İsmayılov bildirib ki, 2024-cü ilin 11 ayı ərzində hərraclarda kiçik dövlət müəssisələrinin satışından və qeyri-yaşayış sahələrinin satışından,  ümumilikdə 898,1 min manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 dəfə çoxdur.