Naxçıvanda 22 əmlak hərraca çıxarılır
Dekabrın 1-də yeni hərrac keçirəcək. Qeyd edək ki, hərraca ümumilikdə 22 əmlak çıxarılıb. Sahibkarları, mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edirik.
Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan əmlakların ilkin satış qiymətinin 10 faiz məbləğində beh Mərkəzin xəzinə hesabına 28 noyabr 2023-cü il tarixədək ödənilməlidir.
Sifarişlər Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzində (8-ci küçə, 1/5A ) qəbul olunacaqdır. Məlumat dərc olunduğu vaxtdan auksionda iştirak etmək arzusunda olan hüquqi və fiziki şəxslər satışa çıxarılan əmlakların sənədləri ilə Mərkəzdə tanış ola bilərlər.
Auksionda iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunur:
- Müvafiq formada sifariş;
- Ödəniləcək behin qəbzi;
- Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş sürəti;
- Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin sürəti.
Hərrac 1 dekabr 2023-cü il tarixdə saat 11:00-da Mərkəzdə keçiriləcəkdir.
Əlavə məlumatı Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzindən ala bilərsiniz.
Əlaqə telefonu: 545 01 38.
Hərraca çıxarılacaq obyektlərin siyahısı
S/s |
Hərraca çıxarılacaq obyektin adı |
Ünvanı |
İstismara verildiyi il |
Obyektin tam dəyəri 100 % (manatla) |
Obyektin satış qiyməti (manatla) |
Behin həcmi 10 % |
|
Tikintisi yarımçıq qalmış Konserv Zavodu Təyinatı saxlanılmaqla (9.23 ha torpaq sahəsi ilə birlikdə) |
Ordubad rayonu Şəhriyar qəsəbəsi |
1992 |
2.608.270,0 |
2.608.170,0 |
260.817,0 |
|
Oksigen istehsalı müəssisəsi |
Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsi |
2022 |
2.164.772,0 |
2.164.772,0 |
216.477,2 |
|
İki mərtəbəli Ordubad aviakassa binası (avadanlıqları ilə birlikdə) (1843 kv.m torpaq sahəsi ilə birlikdə) |
Ordubad şəhəri M.Səid Ordubadi küçəsi 11 |
2015 |
260.429,0 |
260.429,0 |
26043.0 |
|
İki mərtəbəli Şahbuz aviakassa binası (avadanlıqları ilə birlikdə) (1267.8 kv.m torpaq sahəsi ilə birlikdə) |
Şahbuz şəhəri Heydər Əliyev prospekti 41 |
2019 |
201.888,8 |
201.888,8 |
20189.0 |
|
Uşaq bağçası təyinatı saxlanılmaqla (2642.7 kv.m torpaq sahəsi ilə birlikdə) |
Babək rayonu Şıxmahmud kəndi |
1980 |
106.725,0 |
106.725,0 |
10672.0 |
|
Qeyri-yaşayış sahəsi (Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin köhnə binası) |
Ordubad şəhəri |
1961 |
81351.0 |
81351,0 |
8135.10 |
|
Üniversam binasının 2-ci mərtəbəsindəki qeyri-yaşayış sahələri ( 3 otaq) |
Şərur şəhəri Kapitan Seyidov küçəsi 3A |
1991 |
72828.0 |
72828,0 |
72828.0 |
|
Çörəkxana binasının yarımçıq tikilisi |
Sədərək rayonu, Sədərək kəndi |
1990 |
58300.0 |
58300.0 |
5830.0 |
|
Ümumi sahəsi 462,65 kv.m olan qeyri-yaşayış sahəsi (Dəstə kənd 2 nömrəli tam orta məktəbinin köhnə binası) (1870 kv.m torpaq sahəsi ilə birlikdə ) |
Ordubad rayonu Dəstə kəndi |
1950 |
27856.0 |
27856.0 |
2785.6 |
|
Ümumi sahəsi 99,22 kv. metr olan qeyri yaşayış sahəsi |
Kəngərli rayonu, Qarabağlar kəndi |
1961 |
27367.0 |
27367.0 |
2736.70 |
|
Ümumi sahəsi 416,0 kv.m olan qeyri-yaşayış sahəsi (Tivi kənd tam orta məktəbinin köhnə binası) (3000,0 kv.m torpaq sahəsi ilə birlikdə ) |
Ordubad rayonu Tivi kəndi |
1950 |
25640.0 |
25640.0 |
2564.0 |
|
Güney Qışlaq kənd xidmət mərkəzi 200 kv.m |
Şahbuz rayonu Güney Qışlaq kəndi |
2014 |
17600.0 |
17600.0 |
1760.0 |
|
Türkeş kənd xidmət mərkəzi (386 kv.m torpaq sahəsi ilə birlikdə) |
Şahbuz rayonu Türkeş kəndi |
2019 |
13158.0 |
13158.0 |
1316.0 |
|
Camaldın kənd su dəyirmanı (300 kv.m torpaq sahəsi ilə birlikdə) |
Culfa rayonu Camaldın kəndi |
2013 |
11500.0 |
11500.0 |
1150.0 |
|
Xurs kənd xidmət mərkəzi (173 kv.m torpaq sahəsi ilə birlikdə) |
Ordubad rayonu Xurs kəndi |
2014 |
10865.0 |
10865.0 |
1086.0 |
|
Payız kənd su dəyirmanı (762 kv.m torpaq sahəsi ilə birlikdə) |
Babək rayonu Payız kəndi |
2017 |
10417.0 |
10417.0 |
1042.0 |
|
Kırna kənd su dəyirmanı (200 kv.m torpaq sahəsi ilə birlikdə) |
Culfa rayonu Kırna kəndi |
2011 |
9610.0 |
9610.0 |
961.0 |
|
Nüs nüs kənd su dəyirmanı (130 kv.m torpaq sahəsi ilə birlikdə) |
Ordubad rayonu Nüs nüs kəndi |
2021 |
9510.0 |
9510.0 |
951.0 |
|
Ümumi sahəsi 126,92 kv.m olan qeyri-yaşayış sahəsi (Ələhi kənd tam orta məktəbinin köhnə binası) (1765,0 kv.m torpaq sahəsi ilə birlikdə ) |
Ordubad rayonu Ələhi kəndi |
1950 |
9489,3 |
9489.3 |
948.9 |
|
Saltaq kənd su dəyirmanı (68 kv.m torpaq sahəsi ilə birlikdə) |
Culfa rayonu Saltaq kəndi |
2016 |
8204.0 |
8204.0 |
820.0 |
|
Darkənd kənd su dəyirmanı (200 kv.m torpaq sahəsi ilə birlikdə) |
Ordubad rayonu Darkənd kəndi |
2021 |
7900.0 |
7900.0 |
790.0 |
|
Ümumi sahəsi 92,4 kv.m olan qeyri-yaşayış sahəsi (Məzrə kənd tam orta məktəbinin köhnə binası) (630,0 kv.m torpaq sahəsi ilə birlikdə ) |
Ordubad rayonu Məzrə kəndi |
1950 |
6510.0 |
6510.0 |
651.0 |