16 sentyabr 2024,

Naxçıvanda dövlət əmlakının satışı üzrə hərraclar keçiriləcək

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 9 və 11 iyul 2024-cü il tarixlərdə hərracların keçirilməsi ilə bağlı prosedurlara başlanılıb.

İlk hərracda 11 nəqliyyat vasitəsinin özəlləşdirilməsi nəzərdə tutulub. 11 iyul tarixində keçiriləcək hərracda isə muxtar respublikanın 7 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid (gözəllik salonu, bərbərxana, dərzi sexi, ət mağazası) dövlət mülkiyyətində olan 13 qeyri-yaşayış sahəsinin satışı həyata keçiriləcək.

Hərraca çıxarılan əmlakların və hərracda iştirakla bağlı tələb olunan sənədlərin tam siyahısı ilə Dövlət Xidmətinin rəsmi internet səhifəsi vasitəsi ilə tanış olmaq olar.