19 sentyabr 2024,

Naxçıvanda əmlak idarəçiliyi sahəsində elektron xidmətlərdən istifadə sayı artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fəaliyyət sahələrinə uyğun olaraq göstərilən xidmətlərin rəqəmsallaşmasına üstünlük verir.

Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə  2024-cü ilin yanvar-avqust ayları ərzində 4185 elektron xidmət göstərilib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə elektron xidmətlərdən istifadə sayı 3307 və ya 4,8 dəfə çox olub.