18 oktyabr 2024,

Naxçıvanda Fondla Rabitəbank əməkdaşlıq müqaviləsi imzalayıb

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu “Rabitəbank” ASC ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Müqaviləni Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini, sədr vəzifələrini müvəqqəti icra edən Novruz Novruzlu və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini Orhan Gültekin   imzalayıblar. 

Həmçinin tədbirdə Naxçıvan Muxtar Respublikası  iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov iş adamlarına müraciət edərək real sektora və prioritet sahələrə yönəlmiş layihələrini Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirmə imkanlarından istifadə etməyə dəvət edib.