Naxçıvanda ilk 3 ayda 40 icarə müqaviləsi bağlanıb
Daşınmaz dövlət əmlakı və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi sahəsində işlər davam etdirilib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin ilk 3 ayında 40 icarə müqaviləsi bağlanılıb ki, bunun 47,5 faizi qeyri-yaşayış sahələri üzrə, 52,5 faizi isə torpaq sahələrinə dair olub.