22 dekabr 2024,

Naxçıvanda mayonez və ketçup istehsal olunacaq

Naxçıvanda biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması məqsədilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvanda fəaliyyət göstərən bütün banklara 15 milyon manat vəsait ayrılıb. Bu vəsaitdən cari ilin 10 ayı ərzində sahibkarlara 1 milyon 390 min manat güzəştli şərtlərlə kredit verilib. Verilən kreditin 450 min manatı sənayenin, 265 min manatı kənd təsərrüfatının, 675 min manatı isə xidmət sektorunun payına düşüb. Qarşıdakı illər üçün də daha geniş kapitalın ayrılması planlaşdırılır.