22 dekabr 2024,

Naxçıvanda mənşə sertifikatı verilməsi 25,2 faiz artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinin müraciəti əsasında ixrac olunan malların mənşə ölkəsini təsdiq edən 318 sertifikat verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz çoxdur.

Cari ilin 10 ayı ərzində verilmiş mənşə sertifikatlarının 231 "CT-1" formalı, 85 "Ümumi" formalı, 2-si A formalı olub.