Naxçıvanda mənşə sertifikatı verilməsi 27,7 faiz artıb
Bu ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinin müraciəti əsasında ixrac olunan malların mənşə ölkəsini təsdiq edən 263 sertifikat verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,7 faiz çoxdur.
Cari ilin 8 ayı ərzində verilmiş mənşə sertifikatlarının 195-i "CT-1" formalı, 68-si "Ümumi" formalı olub.