16 sentyabr 2024,

Naxçıvanda özəlləşdirmə və icarədən dövlət büdcəsinə daxil olan vəsait 5 dəfədən çox artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-may aylarında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 868,5 min manat vəsait ödənilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə çoxdur.

5 aylıq ödənişin 819,5 min manatı və ya 94,4 faizi özəlləşdirmədən daxilolmaların payına düşüb.

Ötən 5 ayda 55 icarə müqaviləsi bağlanılıb. Bunlardan 6-sı xidmət mərkəzi, 22-si qeyri-yaşayış sahəsi, 27-si isə torpaq sahələri üzrə olub.