22 dekabr 2024,

Naxçıvanda özəlləşdirmədən daxilolmalar 16 dəfə artıb

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində işlər davam edir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-mart ayları ərzində 1 dövlət müəssisəsi, 2 dövlət müəssisəsinin balansında olan 61 qeyri-yaşayış sahəsi və dövlət mülkiyyətində olan 1mehmanxana binası torpaq sahəsi ilə birlikdə özəlləşdirilib.

2024-cü ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinə daxilolmalar 648,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə çoxdur.