Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsinin inkişafına 1 milyon manat güzəştli kredit ayrılıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən plastik kapsul və qapaq istehsalı sahəsinin inkişafına 1 milyon manat güzəştli kredit ayrılıb.
Güzəştli kredit "LG PET PREFORM" MMC-yə verilib.
Layihənin maliyyələşdirilməsi "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə həyata keçirilib.