Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı artıb
2024-cü ilin yanvar-may ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” vasitəsilə sahibkarlara 34 lisenziya verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 dəfə çoxdur.
Lisenziyalardan dövlət büdcəsinə 14 min manatdan çox vəsait daxil olub.