Naxçıvanda Sahibkarlığın İnkişafı Fonduna yeni təyinat
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Abbas İsmayılovun əmri ilə Vüsal Novruzov Sahibkarlığın İnkişafı Fondu PHŞ-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Vüsal Novruzov uzun müddət bank sektorunda rəhbər vəzifələrdə, o cümlədən 10 ildən artıq “Azərbaycan Türk Bank” ASC-nin Naxçıvan filialının müdiri vəzifəsində çalışıb. Həmçinin, özəl sektorda Biznesin İnkişafı üzrə direktor müavini və Naxçıvan Dövlət Universitetində Maliyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir.