12 aprel 2025,

Naxçıvanda taxıl anbarı kompleksinin fəaliyyətinin genişləndirilməsinə güzəştli kredit ayrılıb

Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması çərçivəsində Naxçıvanda fəaliyyət göstərən taxıl anbarı kompleksinin məhsul tədarükü və xammal bazasının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondundan 1 milyon manat güzəştli kredit ayrılıb.  

Güzəştli kredit "Naxçıvan Taxıl Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilib.

Layihənin maliyyələşdirilməsi “Kapital Bank” ASC vasitəsilə həyata keçirilib.