22 oktyabr 2024,

Naxçıvanda verilən lisenziyaların 97,4 faizi KOB subyektlərinin payına düşüb

İqtisadiyyatın müxtəlif sahələrində yeni KOB subyektlərinin yaranması və mövcud KOB-ların fəaliyyətinin genişlənməsi, özəlləşdirmə proseslərində yaxından iştirak etməsi daim stimullaşdırılır. Cari ilin 9 ayında özəlləşdirilən dövlət əmlaklarının 93,8 faizi KOB subyektləri tərəfindən həyata keçirilib, verilən lisenziyaların 97,4 faizi KOB subyektlərinin payına düşüb.

Bu sözləri Naxçıvanda keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında Naxçıvan Muxtar Respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.