Naxçıvanın dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan gəliri 12,1 dəfə artıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 165 dövlət əmlakı özəlləşdirilib.
2024-cü ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 1,3 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 dəfə çoxdur.