22 oktyabr 2024,

Şahbuz rayonunda vətəndaş qəbulu keçiriləcək

29 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Şahbuz rayonu və kəndlərindən olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 1100-dan etibarən 3 saylı Ərazi Vergilər İdarəsinin Şahbuz rayonu, Şahbuz şəhəri, H.Əliyev prospektində yerləşən inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin (036) 545-75-35 nömrəli telefonu, info@neconomy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.