Sahibkarlara verilən mənşə sertifikatlarının sayı artıb
2023-cü ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 296 mənşə sertifikatı verilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4 faiz çoxdur.
2022-ci illə müqayisədə bağlamış müqavilələrin sayı 31,8 faiz, akkreditasiyadan keçmiş ərzaq məhsullarının sayı 12,1 faiz artıb.