Sahibkarların maliyyə resurslarına çıxış imkanları müzakirə ediləcək
Dekabrın 14-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Qaraxanbəyli kənd inzibati ərazi dairəsində sahibkarlar və ailə təsərrüfatçıları ilə görüş keçiriləcək. Görüşdə İqtisadiyyat Nazirliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Naxçıvan şəhər İcra Hakimyyətinin, Azərbaycan Beynəlxalq Bankının Naxçıvan filialının nümayəndələri iştirak edəcəklər.
Görüş zamanı Sahibkarlığın İnkişafı Fondun güzəşt mexanizmləri, sahibkarlar üçün sərfəli biznes kreditlərinin təmin edilməsi, həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan qablaşdırma və tara müəssisəsinin, kənd təsərrüfatı məhsullarının emalı üzrə müxtəlif təyinatlı müəssisələrin yaradılmasının təşviqi məsələləri müzakirə oluncaq.
Sahibkarları sözügedən görüşdə iştirak etməyə dəvət edirik.