Şərur rayonunda vətəndaş qəbulu keçiriləcək
23 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Şərur rayonu və kəndlərindən olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 1100-dan etibarən 2 saylı Ərazi Vergilər İdarəsinin Şərur şəhəri, M.Ələkbər Sabir küçəsi 7a ünvanında yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin (036) 545-75-35 nömrəli telefonu, info@neconomy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.