12 dekabr 2024,

"Türkiyə-Azərbaycan sərhəd vilayətləri iqtisadi əməkdaşlıq konfransı" nda Naxçıvanın iqtisadi perspektivləri təqdim edilib

Noyabrın 27-də İğdır Valiliyinin ev sahibliyi ilə İğdır Ticarət və Sənaye palatasında "Türkiyə-Azərbaycan sərhəd vilayətləri iqtisadi əməkdaşlıq konfransı" keçirilib.

Konfrans çərçivəsində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov "Naxçıvan Muxtar Respublikası: biznes mühiti və iqtisadi perspektivlər" mövzusunda təqdimatla çıxış edib. 

Abbas İsmayılov təqdimatda Naxçıvanın iqtisadi potensialı, investisiya imkanları və bölgədə yaradılan əlverişli biznes mühiti barədə ətraflı məlumat verib.