Abbas Cəlil oğlu İsmayılov
Nazir müavini, nazir vəzifəsini müvəqqəti icra edən
14 aprel 1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuşdur.
1985-1992-ci illərdə Xarkov Mühəndis İqtisad İnstitutunda ali təhsil almış və mühəndis-iqtisadçı ixtisası üzrə institutu bitirmişdir.
1986-1988-ci illərdə hərbi xidmətdə olmuşdur.
1997-2001-ci illərdə Bakı Dövlət Universitetində 2-ci ali təhsil almış və hüquqşünaslıq ixtisasına yiyələnmişdir.
1992-ci il noyabrın 16-da vergi orqanlarında işə qəbul olunmuş və 30 ildən artıq müxtəlif vəzifələrdə çalışmışdır. 2012-ci il fevralın 24-də baş vergi xidməti müşaviri xüsusi rütbəsi almışdır.
2016-2023-cü illərdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsində xidmət etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 fevral 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini təyin edilmiş, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası həvalə edilmişdir.
2003-cü ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Ailəlidir, 2 övladı var.