21 dekabr 2024,

Tapdıq Vaqif oğlu Əliyev

Nazir müavini

 

 

 

 

 

 

 

 

 

02 noyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Xətai kəndində anadan olmuşdur.

2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almış və iqtisadiyyat ixtisası üzrə universiteti bitirmişdir.

2013-2014-cü illərdə hərbi xidmətdə olmuşdur.

2016-2018-ci illərdə Naxçıvan Dövlət Universitetində magistr təhsili almış və menecment - strateji idarəetmə ixtisası üzrə magistr təhsilini başa vurmuşdur.

2014-2016-cı illərdə Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsində aparıcı mütəxəssis vəzifəsində işləmişdir.

2016-2017-ci illərdə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin üzvü vəzifəsində işləyib.

2017-2019-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində işləyib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 may 2019-cu il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini təyin edilmişdir.

Ailəlidir, 3 övladı var.