Azərbaycan və Surinam arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib
Surinamla ticarət, investisiya, energetika və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Surinam Respublikasının iqtisadi məsələlər, sahibkarlıq və texnoloji innovasiya naziri Endryu Baasaron ilə görüşüb.
Görüşdə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, energetika, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Tərəflər sahibkarlığın dəstəklənməsi, texnoloji innovasiyalar və rəqəmsal dövlət xidmətləri üzrə təcrübə mübadiləsi, həmçinin işgüzar dairələr arasında tərəfdaşlığın təşviqi barədə fikir mübadiləsi aparıblar.

