Lisenziya alınması ilə bağlı;
1. Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti
2. Ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti
3. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti
4. İşçilərin müvafiq ixtisasa malik olmalarını təsdiq edən sənədlərin surətləri
5. İşəgötürənlə işçi arasında əmək müqaviləsi bildirişi
6. Ərizədə qeyd olunan obyektlərdən (qeyri-yaşayış sahəsi) hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi obyektlə bağlıdırsa) (daşınmaz əmlakın dövlət Reyestrindən Çıxarış və əmlakın istifadəsinə, yaxud icarəsinə dair notariusun hüzurunda bağlanılmış və notarius tərəfindən təsdiq edilmiş müqavilənin surəti)