Dövlət İnvestisiya Proqramının yeni qaydaları mövzusunda təlimlər keçirilib
Dekabrın 25-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları" mövzusunda təlimlər keçirilib.
İki gün davam edən təlimdə 35 dövlət orqanından 49 məsul şəxs iştirak edib.
Təlimlərin əsas məqsədi Dövlət İnvestisiya Proqramının hazırlanması və icrası prosesində vahid yanaşmanın formalaşdırılması, normativ tələblərin izahı, eləcə də monitorinq və qiymətləndirmə mexanizmlərinin tətbiqi üzrə bilik və bacarıqların artırılması olub.
Təlimlərdə iştirakçılara investisiya layihələrinin idarə olunması sahəsində yeni tələblər və yanaşmalar, eləcə də hesabat formalarının doldurulması ilə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.



