13 avqust 2026,

İqtisadiyyat naziri Kazım Hüseynəliyev Ordubadda vətəndaşları qəbul edib.

Avqustun 13-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Ordubadda vətəndaş qəbulu keçirib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

4 saylı Ərazi Vergilər İdarəsinin Ordubad şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən torpaq və əmlak məsələləri, vergi inzibatçılığı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və işə qəbul məsələləri ilə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, qaldırılan məsələlər üzrə vətəndaşlara müvafiq izahlar verilib. Nazirliyin fəaliyyət istiqamətlərinə aid olan müraciətlərin araşdırılması üçün qeydiyyata alınması təmin edilib, fəaliyyət dairəsinə aid olmayan məsələlər isə baxılması üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.