İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşları qəbul edəcək
24 iyun 2026-cı il tarixdə iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 12:00-dan etibarən Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə, "195-1" Çağrı Mərkəzinə və ya (036) 545-75-35 nömrəsinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
