İqtisadiyyat Nazirliyində “Caspian Energy Club”ın nümayəndə heyəti ilə görüş keçirilib
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavinləri Tapdıq Əliyev və Müslüm Cabbarzadə “Caspian Energy Club”ın sədri Telman Əliyev və klubun üzvləri olan digər sahibkarlarla görüşüblər.
Görüşdə Naxçıvanın iqtisadi potensialı, investisiya imkanları, biznes mühitinin inkişafı və özəl sektorla əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Qonaqlara regionda həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın dəstəklənməsi, investisiyaların təşviqi, yerli istehsalın və ixrac potensialının artırılması istiqamətində görülən işlər, həmçinin özəl sektora tətbiq edilən güzəştlər və digər dəstək mexanizmləri barədə məlumat verilib.
Tərəflər yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud biznes subyektlərinin fəaliyyətinin genişləndirilməsi, eləcə də Naxçıvana yerli və xarici investisiyaların cəlb edilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə qarşılıqlı əməkdaşlıq imkanlarının reallaşdırılması istiqamətində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.


