26 iyun 2026,

İqtisadiyyat Nazirliyinin əməkdaşı təltif olunub

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə bir qrup dövlət qulluqçusu medallarla təltif olunub.

Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunanlar sırasında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Fətullayev Əziz Əli oğlu da var.

Dövlət qulluqçularının əməyinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığımızı bildirir, təltif olunan həmkarımızı təbrik edirik.