23 aprel 2026,

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ağacəkmə aksiyası keçirilib

Dekabrın 6-da “Konstitusiya və Suverenlik İli” ilə bağlı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ağacəkmə aksiyası keçirilib.

Naxçıvan-Şərur magistral yolu istiqamətindəki yaşıllıq sahələrində keçirilən ağacəkmə aksiyasında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və strukturuna daxil olan tabeliyindəki qurumların rəhbər heyəti və əməkdaşları iştirak ediblər.

Aksiya çərçivəsində 1000-ə yaxın ərik, badam, alma və digər növ ting əkilib, suvarma işləri aparılıb, tinglərə aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin mühafizəsinə və yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə verməkdir.