23 aprel 2026,

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin rəhbər heyəti və kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 36 il keçir. 20 Yanvar - Ümumxalq Hüzn Günü qəhrəman şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramın rəmzidir.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və tabeliyindəki qurumların rəhbər heyəti və kollektivi Şəhidlər xiyabanını ziyarət edərək Vətənimizin azadlığı, müstəqilliyi uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad edib. Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!