23 aprel 2026,

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin rəhbər heyəti və kollektivi Zəfər Parkını ziyarət edib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və tabeliyindəki qurumların rəhbər heyəti və kollektivi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edib. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilərək parkdakı Zəfər Abidəsinin önünə gül dəstələri düzülüb.