15 noyabr 2026,

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin rəhbər heyəti və kollektivi Zəfər Parkını ziyarət edib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və tabeliyindəki qurumların rəhbər heyəti və kollektivi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Naxçıvan şəhərində yerləşən Zəfər parkını ziyarət edib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində və şəhidlərimizin müqəddəs qanı bahasına Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən tarixi qələbəmizin rəmzi olaraq ucaldılmış Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.