10 may 2026,

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və tabeliyindəki qurumların rəhbərliyi və kollektivi Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Abidə önünə güllər qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.