13 aprel 2026,

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların rəhbərləri və nümayəndələri şəhid ailələrini ziyarət ediblər 

26 İyun -  Silahlı Qüvvələr Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Nazirliyin və tabeliyindəki qurumların rəhbər şəxsləri və digər əməkdaşları muxtar respublikanın müxtəlif şəhər və rayonlarında 17 şəhid ailəsini ziyarət ediblər. 
Görüşlərdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, onların şərəfli döyüş yolundan bəhs olunub. Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb. Bildirilib ki, bu gün şəhid ailələri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. 
Şəhidlərimizin ailə üzvləri onlara göstərilən yüksək münasibətə görə dövlətimizə minnətdarlıqlarını ifadə edib və Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfərdə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.