24 sentyabr 2026,

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Cari ilin yanvar–avqust ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara ümumilikdə 5,2 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib. Bu vəsait 149 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb.

Maliyyələşdirilmiş layihələrin 91,3 faizi, güzəştli kredit məbləğinin isə 64,8 faizi Naxçıvan şəhərindən başqa digər rayon və kəndlərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.